Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” cığal rəqibə oyunadək uduzmuşdu

blank

Təəssüf. Mərhələ keçmək üçün münasib rəqib, real şans idi. Çempionlar Liqasının pley-offuna yüksəlmək, Avropa Liqasının qrupuna vəsiqəni təmin etmək, büdcəni kifayət qədər zənginləşdirmək üçün əla fürsət idi.

“Mölde” bu mərhələdə “Qarabağ”ın qarşısına çıxmış rəqiblər arasında bəlkə də ən zəifi idi. Sadəcə, daha cəsarətli, daha dəqiq oynamaq, meydandakı aşkar üstünlüyü hesabda əks etdirmək gərəkirdi. Nə yazıq ki, bunu Mahir Emreli ilə etmək mümkün deyil. Böyümək istəməyən ərköyün cocuq ona inanılmaz dəstək verən baş məşqçi Qurban Qurbanovu çıxılmaz vəziyyətdə qoydu, komandanın əziyyətini yerə vurdu.

Bəlkə də Mahir yeganə günahkar deyil. Ələ düşən xeyli şansı dəyərləndirməyən başqa oyunçuların da adını çəkə bilərik. Amma söhbət qol vurmaqdan gedirsə, istər-istəməz hücumçu hədəfə gəlir. Və Mahir nəinki epizodları boşa verdi, hücumda həəkətlilik yarada bilmədi, hətta rəqib müdafiəsində oynayırmış kimi görünürdü.

“Mölde” çox güclü rəqib deyildi. Fiziki cəhətdən möhkəm, intizamlı komanda idilər, lakin səviyyə baxımından çempionumuzdan aşkar geri qalırdılar. Bu səbəbdən cığal Norveç təmsilçisini peşman etmək lazım idi, mümkün idi.

“Qarabağ” özü də zəifləyib. Heyət qocalıb, Donald Gerye, Abdulla Zubir, Filip Ozobiçdə geriləmə hiss olunur. Düzdü, yeni transferlər yaxşıdı, amma ansambl olaraq ağdamlılar əvvəlki deyil. Rəşad Sadıqov, Miçel Madeyra və Riçard Almeydanın yoxluğunda komandanın oyun fəlsəfəsi də dəyişməkdədi. Təəssüf ki, bu dəyişiklik müsbətə doğru deyil.

Xayme Romeronun yersiz zədələnməsi onsuz da hücumda problemləri olan “Qarabağ”ın işini daha da çətinləşdirmişdi. Mahirdən asılılıq üzündən rotasiyalara da imkan yoxdu – onun oyunu alınmadısa, təmsilçimiz 10 nəfərlə oynamağa məcbur olur. Büdcəni yükləmək istəməmək, risk etməmək kimi ehtiyatlı davranışlar başadüşüləndi, lakin hətta Azərbaycan çempionatı üçün də “Qarabağ”ın səviyyəli mərkəz hücumçusuna ehtiyacı var. “Keşlə” ilə oyun bunu sübut etmişdi.

İndi Qurbanova ağıl öyrətmək asandı. Amma o, komandanın problemlərini daha yaxşı bilir. İllərdi uğurları sıralayan, bərbad çempionatdan çıxıb Avropada meydan sulayan “Qarabağ”ın başında o dayanır. Yəqin məşqçi də hücumçuya ehtiyac duyulduğunu hiss edir. Transfer edilməyibsə, deməli, səbəblər var.

Gözəl şansın əldən çıxmasına heyfslənirik. Bununla belə, “Qarabağ”a arxa çevirmək olmaz – komandanın ardıcıl 7-ci il qruplara qalması üçün daha bir şansı qalır. İndi Avropa Liqasının pley-offunda qismətimizə düşəcək rəqibi devirmək lazımdı və ağdamlılar bunu dəfələrlə bacarıb. Premyer Liqamızın vəziyyətini nəzərə alsaq, hətta bura yüksəlmək də boyundan yuxarı tullanmaq deməkdi. Gəl ki, ölkə futbolu adına ağdamlılar buna məcburdu.

“Qarabağ” şansı penalti seriyasında əldən verdi. Lotereyada uduzmaq ikiqat məyusedicidi. Təmsilçimiz işin bura kimi gəlməsinə imkan verməməliydi, oyunun taleyi əsas vaxtda həll olunmalıydı. Olmadı. Bəlkə də “Qarabağ” cığal “Mölde”ni Bakıya gətirə bilməyəndə, neytral meydana yollananda uduzmuş, psixoloji cəhətdən hesabda geri düşmüşdü. Bədavi Hüseynovun dəqiq olmayan penalti zərbəsi sadəcə, bir aylıq əsəb yükünün, gərginliyin partlaması oldu.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm