Ölkə futbolu
“Qarabağ” icarədə olan oyunçuları ilə bağlı yayda qərar verəcək
“Qarabağ” digər Premyer Liqa klublarına icarəyə verdiyi gənc oyunçularını mövsüm bitən kimi düşərgəsinə qaytaracaq. Onların əjsəriyyəti ilə yeni müqavilə bağlanacaq.
Baş məşqçi Qurban Qurbanov özünü yaxşı tərəfdən göstərən futbolçuları heyətdə saxlamaq istəyir. Amma mövqelər üzrə ehtiyaca görə kimlərin saxlanacağı, kimlərin yenidən icarəyə veriləcəyi müəyyənləşdiriləcək.
“Qarabağ” “Kəpəz”də özünü sübut edən Zamiq Əliyevi heyətdə saxlamaqda xüsusilə maraqlıdır. Bir sıra Avropa klublarından dəvət aldığı deyilən 22 yaxşlı mərkəz müdafiəçisi ilə müqavilə müddəti uzadılacaq, yaxşı təklif olarsa, yunçu satıla da bilər.