Ölkə futbolu
“Qarabağ” Joazinyonu istəyir: “Soçi”nin futbolçusu qışda gələ bilər
“Qarabağ” Rusiyanın “Soçi” klubunun yarımmüdafiəçisi Joazinyo ilə maraqlanır. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, hazırda tərəflər arasında danışıqlar gedir.
Braziliyalı futbolçunun tək problemi klubu ilə olan müqaviləsidir. “Sambaçı” bunu həll etsə, transfer qışda reallaşa bilər. Amma ruslarla müqavilə uzunmüddətli deyil, yayda başa çatır. Ona görə də sərbəst qalmaq üçün o qədər də böyük məbləğ tələb olumayacaq.
Tam adı Juan Natailton Ramos dos Santos olan futbolçu peşəkar karyerasına vətənində – “Portuqueze” klubunda başlayıb. 33 yaşlı yarımmüdafiəçi 2007-ci ildə Bolqarıstanın “Levski” klubuna keçib. 2011-də isə onun Rusiya karyerası başlayıb. Əvvəlcə “Krasnodar”la müqavilə imzalayan yarımmüdafiəçi, 7 il bu komandada çıxış edib. 2018-ci ildə Moskva “Dinamo”su ilə anlaşan braziliyalı 2 illik paytaxt həyatından sonra “Soçi”yə keçib.
“Qarabağ” yaşına görə Joazinyonun transferində tərəddüd edir. Amma ağdamlılar Konfrans Liqasında yaxşı çıxış etmək üçün yarımmüdafiə xəttini gücləndirməyə məcburdu. Qışda yaxşı oyunçu tapmaq da çətindi. Bu səbəbdən digər variantlar alınmasa, braziliyalının transferi prioritet olacaq.
Joazinyo həm hücümün arxasında, həm də cinahlarda oynaya bilir. Filip Ozobiçin zədələnməsini, eyni zamanda cinah hücumçusu mövqeyində rəqabətin az olduğunu nəzərə alsaq, braziliyalı komandaya fayda verə bilər.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü