Ölkə futbolu
“Qarabağ” Matiçlə vidalaşır?
“Qarabağ”ın yayda vidalaşacağı legionerlərdən biri bəllidi. Ağdamlılar Uroş Matiçə özünə yeni klub tapmağı məsləhət görüb.
Futbolinfo.az xəbər verir ki, Patrik Andradenin gəlişindən sonra heyətə düşməkdə çətinlik çəkən serb də durumundan məmnun deyil. Son oyunlarda bir qayda olaraq ehtiyatda əyləşən yarımmüdafiəçi klub dəyişməyə razıdı. Amma o, Ağdam klubunun şərtlərindən pis olmayan variant tapmalıdı.
Ötən ilin iyulunda Kipr APOEL-indən gələn Uroş “Qarabağ”la “2+1 il” şərti ilə müqavilə bağlayıb. Bu isə o deməkdi ki, Matiç yeni klub tapıb, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməlidi. Əks halda, serb ya anlaşma bitən günədək komandada saxlanacaq, ya da kompensasiya şərtlərini müzakirə etmək lazım gələcək.
Uroşu uğursuz transfer saya bilmərik. Vacib matçlarda “Qarabağ”a xeyli komək edən yarımmüdafiəçi ümumi ansamblı pozmurdu. Lakin Andradeylə rəqabətdən sonra onun kölgədə qaldığı aşkar sezilir. Matiçin sürət, orta sahədə daha dinamik oyun baxımından geri qalması məşqçilərin bu futbolçuya qarşı fikirlərini dəyişib.
Onu da vurğulayaq ki, klub futbolçuya özünə yeni klub tapması barədə xəbərdarlıq etdiyini inkar edir, futbolçu isə bu mövzuyla bağlı danışmaqdan boyun qaçırır.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı