Ölkə futbolu
“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində irəlilədilər
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 502 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən 3-ü yer alıb.
Aktivində 139 xal olan “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 7 pillə irəliləyərək 78-ci olub.
“Neftçi” və “Zirə” də reytinqdə irəliləyib. “Ağ-qaralar” 385-ci yeri 290-cı pilləyə dəyişiblər. Qəsəbə təmsilçisi isə 577-cilikdən 478-ci yerə qədər yüksəlib. “Neftçi” 66.5, “Zirə” isə 50.25 xala malikdir.
İlk “3-lük”də müvafiq olaraq “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya – 284) və “Liverpul” (İngiltərə – 273) qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza