Ölkə futbolu
“Qarabağ” – “Qəbələ” matçının biletləri satışa çıxarıldı
Azərbaycan Premyer Liqasının 33-cü turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb.
Futbolinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletlər sabah iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.
Klubdan verilən məlumatda o da bildirilir ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü