Ölkə futbolu
“Qarabağ” səfər proqramını açıqladı
Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Omoniya”nın qonağı olacaq “Qarabağ” komandası bu gün Kiprə yollanacaq.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sentyabrın 29-da, yerli vaxtla saat 19:10-da (Bakı vaxtı ilə 20:10) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələri üçün açıq məşq (15 dəqiqə) isə yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı GSP stadionunda olacaq.
“Omoniya” – “Qarabağ” matçı sentyabrın 30-da GSP stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Dünya futbolu2024-04-19 17:27
“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib