Bizi izləyin

Ölkə futbolu

“Qarabağ”, “Sabah” və başqaları

blank
blank

Misli Premyer Liqasında rəqabət bitməyib. Sadəcə, komandalar qütblərə bölünüb və hərənin öz hədəfi var. Çempionluq üçün yarışan iki komanda var, orta sıralarda gün keçirənlərin və autsayderlər qrupunda olanların öz mübarizəsi gedir.

“Qarabağ” 12 oyuna 12 qələbə qazanmaqla unikal nəticə göstərir. Normalda belə göstəriciyə imza atan komandanı növbəti çempionluq münasibəti ilə erkən təbrik etmək olardı. Lakin “Sabah” buna imkan vermir, qələbələri sıralamaqla çempionatdakı intriqanı saxlayır. Bəlkə də bu gedişatda ən şanssız komanda elə “Sabah”dır. 13 turda 34 xal toplamaq əla nəticədi, amma yarışda “Qarabağ” kimi rəqib varsa, sevinə bilmirsən. Bəlkə də növbəti turda bu komandaların şəxsi dueli çox şeyə aydınlıq gətirdi.

Dünən liderlər növbəti rahat qələbəsini qazandı. “Sabah” “Səbail”lə səfər oyununda hissələrin kəsişməsinə təsadüf edən qısa zamanda ardıcıl qollar vurub 3 xalı hesabına yazdırdı. Murad Musayevin yetirmələri bu mövsüm yalnız “dənizçilər”ə qol vura bilməmişdi və xal itirdiyi iki görüşdən birində məhz Bayıl təmsilçisindən badalaq almışdı. O səbəbdən matça ciddi yanaşan qonaqlar ilk dəqiqələrdən təşəbbüsü ələ aldı, oyuna diqtə etdi, yekunda istəyinə nail oldu.

Yeni lider zirvədə heç 3 saat da qalmadı. “Qarabağ” favoriti olduğu “Kəpəz”lə matçın əvvəlindəcə hesabı açdı, daha sonra davamını gətirib qələbə qazandı. Düzdü, gəncəlilər 76-cı dəqiqədə hesabı bərabərləşdirdi, lakin sevincləri qısa çəkdi, ağdamlılar növbəti dəfə istədiyi vaxt istədiyi qədər qol vura biləcəklərini göstərdi. Çempion yenə daxili birincilikdə əsas oyunçularına istirahət verib ikinci heyətlə də uğur qazana bildiyini nümayiş etdirdi.

“Neftçi” bir oyun az keçirən liderdən 10 xal geri düşüb. Bu, çox ciddi fərqdi və bakılıların qızıl medallar uğrunda mübarizədən qopduğunu deməyə əsas verir. Bakılılar Sumqayıtda növbəti dəfə büdrəməklə “Zirə” üzərində qələbənin təsadüfi, daha çox “rəqibin hədiyyəsi” olduğunu isbatladılar. Həmin matçda fərdi səhvlərə görə böyükhesablı qələbə qazanan Laurentsiu Regekampfın komandası, “kimyaçılar”la qarşılaşmada iki dəfə hesabda geri düşdü. “Sumqayıt”ın bu matçadək cəmi iki qol vurduğunu nəzərə alsaq, “Neftçi” daha çox məyus olmalıdı. Düzdü, paytaxt təmsilçisi rəqibdən xal qopara bildi, amma qələbəsi olmayan komandanı yenə bilməmək özü də uğursuzluqdu.

Növbəylə 4-cü pillədə bir-birini əvəzləyən “Qəbələ”ylə “Zirə” artıq iddialılar siyahısından çıxıb. Bölgə təmsilçisi uğursuzluq seriyasına son qoysa da, bu qələbə aldadıcı ola bilər. Çünki meydandakı mübarizənin nəticəsi xal bölgüsü olmalıydı, bitimə saniyələr qalarkən mərkəzdən vurulan qol qələbə gətirdisə, bu, daha çox təsadüf və rəqibin qapıçısının məsuliyyətsizliyi idi.

İddialıları yenməkdə çətinlik çəkən “Zirə”yə gəlincə, Mehdi Cənnətov da səhv edən futbolçuların sırasına qoşuldu. Və hər matçda fərqli oyunçlar fərdi səhv edirsə, belə qüsurların sayı çoxalırsa, deməli, komandanın özündə problem var.

“Turan Tovuz” hələ 6-cı pillədədisə, səbəb özündən aşağıdakı komandaların uğursuz çıxışıdı. Qərb təmsilçisi son həftələr yaxşı oynamır, mövsümün startındakı istəkli komanda sanki təbdən düşüb. Xüsusilə “Şamaxı” ilə matçda Ayxan Abbasovun yetirmələri ən bərbad oyununu keçirdi. Qonaqlar daha əzmkar oynayıb layiq olduğu qələbəni qazandı. “Turan Tovuz”un bir neçə oyunçudan asılı olduğu, onların yoxluğunda əziyyət çəkdiyi dərhal göründü. Məhdud heyətin fəsadı məhz sabit ola bilməməkdədi.

Düzdü, mövsümdəki ilk qələbə “Şamaxı”nı son pillədən uzaqlaşdırdı. Lakin hələ komandada işlərin qaydasında getdiyini deyə bilmərik. Komanda elə növbəti turda “Sumqayıt”a uduzmaqla yenidən zizəmiyə düşə bilər. Qələbə isə ən azı qışa kimi rahat nəfəs almağa imkan verəcək. İstənilən halda, bu komandaların bir-birini ötməkdən başqa imkanı yoxdu. Premyer Liqada qütblər müəyyənləşib, yuxarılara əlcək atan görünmür, hamı bir-birini üstələyib canını qurtarmağın dərdindədi.

CAVAD

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Premyer-liqa2024-04-27 11:35

“Sabah” – “Səbail” matçının hakimləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-27 11:18

İnfantino “Qarabağ”ı təbrik edib

blank
Digər idman növləri2024-04-27 11:01

Donçiç və İrvinqin komandası seriyada önə çıxdı

blank
Dünya futbolu2024-04-27 10:44

“Lester” Premyer Liqaya qayıtdı

blank
Dünya futbolu2024-04-27 10:25

Konte yenə baş məşqçi olacaq

blank
Dünya futbolu2024-04-27 10:04

Enzo Fernandes üçün mövsüm erkən bitdi

blank
Digər idman növləri2024-04-27 09:44

Daha 3 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-27 08:28

İsveç VAR-dan imtina etdi

blank
Premyer-liqa2024-04-27 08:00

Tura Masazırda start verilir

blank
Dünya futbolu2024-04-27 01:14

“Real”ı Arda sevindirdi

blank
Dünya futbolu2024-04-27 01:05

“Nant” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-27 00:56

“Frozinone”dən darmadağın

blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Digər idman növləri2024-04-26 23:30

Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü

blank
Digər idman növləri2024-04-26 23:12

“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm