Ölkə futbolu
“Qarabağ” Serbiya klubuna qalib gəldi
“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Ağam təmsilçisi Serbiya klubu “Çukariçki” ilə üz-üzə gəlib.
Qurban Qurbanovun çalışdırdığı kollektiv bu oyunda rəqibinə 1:0 hesabıyla qalib gəlib. Yeganə qola 42-ci dəqiqədə kolumbiyalı futbolçu Kevin Medina imza atıb.
“Qarabağ” bu gün daha bir oyunda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə Polşa təmsilçisi “Poqon”la üz-üzə gələcək. Bununla da ağdamlıların Antalya toplanışı başa çatacaq.
Xatırladaq ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzmuşdu.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”