Ölkə futbolu
“Qarabağ” transferi rəsmən açıqladı
“Qarabağ” qapıçı Andrey Lunyevin transferini rəsmən açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, klub “Xoş gəldin, Andrey Lunyev” yazaraq transferi təqdim edib.
Qeyd edək ki, Lunyev karyerası ərzində “Torpedo”, “İstra”, “Kaluqa”, “Saturn Ramenskoye”, “Ufa”, “Zenit” komandalarında da oynayıb. O, son klubu “Bayer”də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.
Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.
Xatırladaq ki, daha öncə “Qarabağ”ın baş meneceri Asif Əsgərov 32 yaşlı qolkiperlə 1+1 sxemi üzrə müqavilə imzaladıqlarını bildirmişdi.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”