Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” və “Qəbələ”ni birləşdirən nöqtə: hər ikisi rəqiblərindən uzaqlaşır

blank
blank

Misli Premyer Liqasının XXVI turu ikinci yerin sahibinin dəyişməsi, lider “Qarabağ”ın ən yaxın izləyicisi ilə aradakı xal fərqini bir qədər də artırması ilə nəticələndi. Gümüş medallar uğrunda yarışan “Səbail” və “Zirə” məğlubiyyətlə üzləşdikləri halda, “Sumqayıt”, “Sabah” və “Turan Tovuz” turu qələbə ilə başa çatdırdılar. Autsayderlərin mübarizəsində isə “Kəpəz” “Qəbələ”dən 1 xal da uzaqlaşdı.

“Səbail”dən 9 xal alan və ikinci pilləyə qayıdan “Sumqayıt”

Ötən tur ikinci pilləyə yüksələn “Səbail” “Sumqayıt”la ev oyununda qələbə qazanmaqla mövqeyini qorumaq niyyətində idi. Bundan əlavə, “dənizçilər” cari mövsümdə hər iki oyunda uduzduqları (1:4, 0:1) “kimyaçılar”dan revanş almaq məqsədilə meydana çıxmışdılar. Ancaq Şahin Diniyev – Samir Abasov qarşılaşmasından 3-cü dəfə Abasov qalib ayrıldı.

Görüşdə hesabın açılması özünü çox gözlətmədi. Oyunun taleyini həll edən qol 10-cu dəqiqədə vuruldu. “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun ötürməsindən sonra çadlı hücumçu Kasimir Ninqa dəqiq baş zərbəsi ilə topu tora qovuşdurdu. Ninqanın zərbəsi güclü alınmasa da, “Səbail”in qolkiperi Səlahət Ağayevin səhvi epizodun qolla nəticələnməsinə səbəb oldu.

İlk hissəni tamamilə “Sumqayıt”ın aktivinə yazmaq olar. Fasiləyədək qonaqların daha bir neçə təhlükəli hücumu oldu. Epizodların birində Səbuhi Abdullazadənin zərbəsinin qarşısını qapı dirəyi kəsdi. “Səbail”in ilk yarıdakı yeganə qol epizodunda isə Aleksandr Ramalinqomun zərbəsindən sonra dirək bu dəfə qonaqları qoldan xilas etdi.

Bir saatın tamamında “Sumqayıt” ikinci qolu vurmağa çox yaxın oldu. Səbuhinin zərbəsini Səlahət Ağayev dəf etsə də, top Roi Kehatın düz önünə düşdü. Ancaq israilli yarımmüdafiəçinin təkrar zərbəsində dəqiqlik çatışmadı. “Səbail”in cavab hücumu isə penalti ilə nəticələndi. Ayub Masikanın zərbəsinin qarşısını kəsmək istəyən Rövlan Muradov topa əllə toxundu və hakim 11 metrlik nöqtəni göstərdi. Lakin ev sahibləri bu şansdan faydalana bilmədilər. Pedro Nunonun zərbəsinə əla reaksiya göstərən Mehdi Cənnətov təkrar həmlənin də qarşısını kəsərək hesabın bərabərləşməsinə imkan vermədi. Sonrakı dəqiqələrdə də qol vurmağı bacarmayan “Səbail” cari mövsümdə “Sumqayıt”la keçirdiyi 3-cü dueldən də məğlub ayrıldı. “Gənclik şəhəri” təmsilçisi isə bu qalibiyyət sayəsində yenidən turnir cədvəlinin 2-ci pilləsinə yüksəldi.

“Kəpəz”ə Ozobiç maneəsi

Tovuzda keçirilən “Kəpəz” – “Neftçi” matçı olduqca maraqlı və bolqollu alındı. Təsadüfi deyil ki, azarkeşlər bu görüşdə 6 qol izlədilər və bu qollardan birincisi 6-cı dəqiqədə vuruldu. “Kəpəz”in futbolçusu Martins Junior uzaq məsafədən dəqiq və qüvvətli zərbə ilə “Neftçi”ni məyus etdi. Onun “doqquzluğa” göndərdiyi zərbənin qarşısında “ağ-qaralar”ın gənc qolkiperi Rza Cəfərov aciz qaldı.

Hesabı bərabərləşdirmək üçün irəli atılan qonaqlar 32-ci dəqiqədə istəklərinə çatdılar. Emin Mahmudovun ötürməsindən sonra Filip Ozobiç dəqiq baş zərbəsi ilə status-kvonu bərpa etdi. İlk hissənin sonrakı dəqiqələrində hər iki komandanın yenə fərqlənmək üçün şansları olsa da, fasiləyədək hesab dəyişmədi.

İkinci hissə də qolla başladı. 47-ci dəqiqədə Ehtiram Şahverdiyevin ötürməsini başla dəqiq tamamlayan Elçin Əlicanov hesabı komandasının xeyrinə dəyişdi. Lakin gəncəlilərin üstünlüyü cəmi 10 dəqiqə çəkdi. Ozobiç cərimə meydançası daxilində dəqiq zərbə ilə dublunu rəsmiləşdirdi.

Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmanın 62-ci dəqiqəsində “Kəpəz” 3-cü dəfə hesabda önə keçdi. Vüsal Məsimov və Amil Yunanovun iştirakı ilə qurulan hücumun yekununda Martins Junior uzaq küncü dəqiq nişan alaraq həm dubla, həm də növbəti baxımlı qola imza atdı. Ancaq “Neftçi” bu dəfə də məğlub durumdan qurtulmağı bacardı. Emin Mahmudovun cərimə meydançası daxilində vurduğu zərbənin qarşısını kəsmək istəyən Yeqor Xvalko ona qarşı kobud oynadı. Referi Eminin zədələnərək oyunu yarımçıq dayandırdığı epizodu penalti olaraq qiymətləndirdi və ağ nöqtəyə yaxınlaşan Ozobiç het-trikini rəsmiləşdirdi.

“Neftçi” son dəqiqələrdə qələbə qolunu da vura bilərdi. Di gəl ki, Yeqor Boqomolskinin başla zərbəsindən sonra qapı tiri “Kəpəz”in köməyinə çatdı. Nəticədə oyunda qalib müəyyənləşmədi və “Kəpəz” vacib 1 xal qazanaraq, Premyer Liqada qalmaq şansını bir qədər də artırdı.

“Qəbələ”yə sabiq üzvündən, Sxadadzeyə həmyerlisindən zərbə

“Sabah” yeni baş məşqçisi Krunoslav Renduliçin rəhbərliyi altında ilk oyununu “Qəbələ”yə qarşı keçirdi. Matça qonaqlar yaxşı başlasalar da, ələ düşən qol imkanlarından faydalana bilmədilər. “Sabah”ın qapıçısı Nicat Mehbalıyev və qapı tiri hesabın açılmasına mane oldu. Əvəzində “Sabah” ilk real qol vəziyyətindəcə hesabı açdı. Ayaz Quliyevin hava ötürməsindən sonra Davit Volkov əla baş zərbəsi ilə sabiq komandasını məyus etdi. Gürcüstanlı forvard bir də 41-ci dəqiqədə səhnəyə çıxdı və bu dəfə Cesse Sekidikanın ötürməsini başla dəqiq tamamlayaraq dublunu rəsmiləşdirdi.

Ruhdan düşməyən qonaqlar fasiləyədək buraxılan qollardan birinin əvəzini çıxmağa nail oldular. Con İrasabalın qeyri-dəqiq ötürməsindən sonra topu ələ keçirən Əyyub Allaş cərimə meydançasının kənarından yaxın küncü dəqiq nişan aldı.

Fasilədən sonra qonaqlar məğlubiyyətdən xilas olmaq üçün çox çalışdılar. “Qırmızı-qaralar”ın təhlükəli hücumları, qol vəziyyətləri də oldu. Lakin fürsətlərdən istifadə etmək mümkün olmadı və “Qəbələ” Kaxaber Sxadadzenin rəhbərliyi altında çıxdığı 3-cü oyundan da xalsız ayrıldı. 9-cu pillədəki “Kəpəz”dən 12 xal geri qalan bölgə təmsilçisi Premyer Liqanı tərk etməyə əsas namizəd olaraq qalmaqdadır. “Sabah” isə vacib qalibiyyət sayəsində turnir cədvəlində 3-cü pilləyə yüksəldi.

Abbasov və Souza fərqi

Cari mövsümdə bunadək keçirdiyi hər 2 görüşdə “Araz-Naxçıvan”dan üstün olan (3:0, 3:1) “Turan Tovuz” yenə rəqibinə şans vermədi. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların duelində ilk hissə o qədər də maraqlı keçmədi. İlk yarının əvvəlində qonaqlar, sonunda isə ev sahibləri fəallıq göstərsələr də, fasiləyədək matçda hesab açılmadı.

Fasilədə “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov iki əvəzetməyə əl atdı. Oyuna Xəyal Nəcəfov və Aleks Souzanı qoşan mütəxəssis bunun faydasını gördü. Düzdür, hesabın açılması özünü xeyli gözlətdi. Meydan sahibləri 78-ci dəqiqədə yerli azarkeşləri sevindirə bildilər. Xəyalın ayağının çölü ilə verdiyi əla ötürmədən sonra Souza rəqib müdafiəçini qabaqlayaraq qolkiperlə üz-üzə qaldı və dəqiq zərbə ilə topu tora qovuşdurdu. Qol və assist müəlliflərinin ikinci hissənin əvvəlində meydana daxil olması baş məşqçinin oyuna uğurlu müdaxiləsinin göstəricisidir.

Qonaqlar qolun üzüntüsünü yaşamamış ikinci dəfə mərkəzə dəvət edildilər. Yenə fərqlənən futbolçu Souza oldu. O, bu dəfə oyuna sonradan qoşulan digər komanda yoldaşı Otto Conun ötürməsini dəqiq tamamladı. Beləliklə, “Turan Tovuz” Naxçıvan klubu ilə 3-cü dueldən də qalib ayrıldı. Bu qalibiyyət sayəsində tovuzlular “Zirə” ilə aradakı xal fərqini 1-ə endirdilər, “Araz-Naxçıvan”la aradakı xal fərqini isə 4-ə çatdırdılar.

100 gündən sonra yaşıl meydanlara dönüş

Turun son matçında “Zirə”ni qəbul edən “Qarabağ” meydana ehtiyat oyunçularla çıxmışdı. Avropa Liqasının 1/8 finalında “Bayer”lə cavab matçını düşünən Qurban Qurbanov əsas heyəti qorumuş, aparıcı üzvlərdən yalnız “Bayer”lə Bakıdakı görüşü buraxan Elvin Cəfərquliyev və Julio Romaoya ilk “11-lik”də yer vermişdi.

Oyunda ilk təhlükəli hücumu “Zirə” qurdu. 15-ci dəqiqədə əlverişli mövqedə qərarlaşan Rəhim Sadıxov düzgün qərar versəydi, bəlkə də hesab açılacaqdı. Ancaq o, zərbə vurmaq əvəzinə, ötürmə verməyi üstün tutdu, bu isə epizodun məntiqi sonluğa çatmaması ilə nəticələndi. “Qarabağ”ın ilk real qol epizodu 43-cü dəqiqəyə təsadüf etdi, onda da hesab açıldı. Nəriman Axundzadə “Zirə”nin müdafiəçiləri Stefan Aka və Ruan Renatodan yayındıqdan sonra rəqib qapıçı Tiaqo Silvanı da geridə qoydu və dəqiq zərbə ilə topu tora qovuşdurdu.

Nəriman ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirə bilərdi. Ancaq onun yaxın məsafədən zərbəsinin qarşısını Tiaqo Silva kəsdi. “Zirə”nin cavab həmləsində isə Sumanın fərqlənməsinə Quqeşaşvili imkan vermədi.

Matçın son 15 dəqiqəsi daha maraqlı keçdi. Təsadüfi deyil ki, oyunun bu hissəsində 3 qol vuruldu. Əvvəlcə Ruan Renatonun cərimə meydançası daxilində topa əllə toxunduğunu görən referi “Zirə”nin qapısına penalti təyin etdi. Topa yaxınlaşan Riçard Almeyda şansı qaçırmadı. Cəmi 3 dəqiqə sonra qonaqlar hesab arasındakı fərqi azalda bildilər. “Zirə”nin yeni transferi Sezar Meza Kolli qapıçını aldadaraq, topu boş qapıya göndərdi. Lakin 2 dəqiqə sonra “Qarabağ” yenidən fərqi artırdı. Diakabi cərimə meydançası daxilində sol ayağı ilə topu qapıdan keçirdi və “Zirə”nin matçdan 1 xalla ayrılmaq ümidinin üstündən xətt çəkdi.

Çempionluğa daha da yaxınlaşan “Qarabağ” hazırda ən yaxın izləyicisindən 24 xal öndədir. Mövsümə yaxşı başlayan “Zirə” isə artıq 6-cı pillədədir.

Matçın diqqətçəkən məqamlarından biri də Kevin Medinanın qayıdışı oldu. Qurban Qurbanovun 77-ci dəqiqədə şans verdiyi kolumbiyalı müdafiəçi 100 gündən sonra yaşıl meydanlara döndü. Medina noyabrın 30-da Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde”yə qarşı səfər matçında (2:2) zədələnmiş, ardınca Finlandiyada əməliyyat olunmuşdu.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Premyer-liqa2024-04-14 16:30

“Səbail” “Kəpəz”ə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Digər idman növləri2024-04-14 10:29

Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

blank
Digər idman növləri2024-04-14 10:00

Millimiz Honqkonqda növbəti oyununa çıxır

blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm