Ölkə futbolu
“Qarabağ” yeni transferləri gözləyir
Növbəti mövsümə hazırlıqları Avstriyada davam etdirən “Qarabağ” yeni futbolçuların yolunu gözləyir. Xüsusilə hücum xəttində yeni oyunçuya ehtiyac duyan ağdamlılar bir neçə variant üzərində işləyir. Juninyo da onlardan biridir.
Futbolinfo.az xəbər verir ki, artıq bəzi futbolçularla danışıqlar yekunlaşmaq üzrədir. Başqa problem çıxmazsa, önümüzdəki həftə azı iki yeni legioner komandaya qoşulacaq. Baş məşqçi Qurban Qurbanov komandanın Çempionlar Liqası matçlarına tam hazır olması yenilərin tez gəlməsini və toplanışa vaxtında qoşulmasını istəyir.
Əsasən Portuqaliya bazarına üstünlük verən “Qarabağ” yenə diqqətini bu ölkəyə yönəldib. Ağdamlılar eyni zamanda Fransa 2-ci liqasında da bəzi oyunçuları izləyir.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 16:01
Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”