Dünya futbolu
“Qarabağ”a keçmək fürsətim var idi”
Fransanın “Reyms” klubunun futbolçusu Yunis Abdelhamid karyerasını Azərbaycanda davam etdirə bilərmiş.
Futbolinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi “France Football” nəşrinə müsahibəsində deyib. O, 2017-ci ildə “Dijon”da çıxış edən zaman “Qarabağ”dan təklif aldığını bildirib:
“2017-ci ildə ölkə xaricinə getmək istədim. “Qarabağ”a keçmək fürsətim var idi. Yalan danışmayım, cəlbedici və maddi cəhətdən də sərfəli təklif idi. Tərəddüd etdim, “Dijon”dakı uğursuz təcrübədən sonra inkişaf edəcəyim bir kluba getmək istəyirdim. Az oynamaqdan bezmişdim və nəhayət, “Reyms”ə keçdim. Düzgün seçim olduğunu düşünürəm”.
2017-ci ildə “Reyms”ə keçən Yunis, bu mövsüm Liqa 1-də 20 oyuna çıxıb. Müdafiəçi iki dəfə də Mərakeş millisinin formasını geyinib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib