Ölkə futbolu
“Qarabağ”dan 3 qol gözləmirdik” – Kombuare
Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
– Birinci hissədə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. İkinci hissədə 12 dəqiqəyə 3 qol vurdular. Buna görə onlara afərin deyirəm. Bravo!
– İstefa verməyi düşünürsüz?
– Təbii ki, yox. Futbolda udmaq da olar, uduzmaq da. “Qarabağ”ı revanş üçün gözləyəcəyik.
– Oyundan öncə fransalı azarkeşlər yazırdı ki, “uduzsanız, Fransaya gəlməyin”. Bu məğlubiyyəti necə izah edəcəksiz onlara?
– Mən bu suala cavab vermək istəmirəm. Biz evə qayıtmalıyıq. Qarşıda Liqa 1 çərçivəsində vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm.
– Püşk atılarkən düşündüyünüz mənzərə ilə indiki mənzərə arasında nə kimi fərqlər var?
– Bizim 6 oyunumuz var. Birini udduq, birini uduzduq. Çalışacağıq ki, bundan sonrakı oyunlarda da qalib gələk.
– “Qarabağ” haqqında bu günə qədər nə düşünürdüz, indi nə düşünürsüz?
– Mən əvvəl də demişdim, “Qarabağ” çox güclü komandadır. Əvvəldən bilirdik ki, çətin olacaq. Lakin 3 qol buraxacağımızı gözləmirdik.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib