Ölkə futbolu
“Qarabağ”ın Antalya planı: 3 gündə 5 matç
“Qarabağ”ın qış hazırlıq planı bəllidi. Ağdamlılar mövsümün ikinci yarısına hazırlığa yanvarın 5-də başlayacaq.
Bakıda 1 həftə toplanış keçəcək “köhlən atlılar” ardınca Türkiyəyə yollanacaq. Yanvarın 12-dən 26-a kimi Antalyada baş tutacaq hazırlıq çərçivəsində 5 yoxlama matçı nəzərdə tutulub.
“Qarabağ” yanvarın 14-də Rumıniya “Qaz Metan”ı ilə üz-üzə gələcək. 21-də 2 matç reallaşacaq – ağdamlılar öncə “Baçka Topola” (Serbiya), ardınca “Şlask” (Polşa) ilə qüvvəsini sınayacaq. Ayın 25-i üçün də 2 qarşılaşma nəzərdə tutulub. “Liptovski Mikulas”la matçdan bir neçə saat sonra toplanışın son matçı Krakov “Visla”sına (Polşa) qarşı reallaşacaq.