Ölkə futbolu
“Qarabağ”ın daha bir rəqibi bilindi
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın yoxlama görüşü üçün daha bir rəqibi müəyyənləşib. Futbolinfo.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, Azərbaycan çempionu bu ölkə nümayəndəsi ilə qarşılaşacaq.
Belə ki, sabah Avstriyaya toplanışa yollanacaq SofiyaÇSKA-sı ağdamlılarla üz-üzə gələcək. Bu matçın iyulun 4-də baş tutması planlaşdırılır.
Bu da Qurban Qurbanovun yetirmələrinin Avstriya toplanışındakı sonuncu – 3-cü yoxlama görüşü olacaq. Komanda ona qədər iyunun 27-də “Ferensvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək. Komanda ÇL-in I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la qarşılaşacaq.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü