Ölkə futbolu
“Qarabağ”ın futbolçusu namizədlər arasında
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 4 oyunçunun yer aldığı siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir də var.
O, Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Digər namizədlər İtaliyanın “Milan” komandasından Ruben Loftus-Çik, Türkiyə təmsilçisi “Qalatasaray”dan Mauro İkardi və Portuqaliyanın “Benfika” kollektivindən Anxel Di Mariyadır.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə məlum olacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı