Ölkə futbolu
“Qarabağ”ın futbolçusu və qolu həftənin ən yaxşısı adına namizəd oldu
Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.
28 yaşlı monteneqrolu oyunçu ilə yanaşı İtaliyanın “Fiorentina” komandasından Luka Yoviç, Kiprin AEK (Larnaka) klubundan Anxel Qarsiya və Türkiyənin “Trabzonspor” komandasından Trezeqe də bu ada iddia edir.
Yankoviç Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmənin müəllifi olub. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.
Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.
Konfrans Liqasında həftənin ən yaxşı qolu adına namizədlər də bəlli olub. Siyahıda “Qarabağ”ın futbolçusu Leandro Andradenin “Gent”ə vurduğu dəqiq zərbəsi də yer alıb. Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”