Ölkə futbolu
“Qarabağ”ın futbolçusu vəfat etdi
“Qarabağ”ın futbolçusu Şirxan Həsənzadə vəfat edib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan U-21 millisinin də üzvü olan 20 yaşlı futbolçu ürəyində olan problemə görə dünyasını dəyişib.
Xatırladaq ki, “Qarabağ”ın əvəzedici heyətinin aprelin 22-də baş tutan hazırlıq prosesi zamanı ürəyi dayan müdafiəçi təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılmışdı. Əməliyyat olunan oyunçunun durumunun stabil olduğu açıqlanmışdı. Lakin bu gün onun yenidən vəziyyəti ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq, gənc oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı