Milli komanda
“Qarabağ”ın iki futbolçusu millidən kənarda qaldı
Azərbaycan millisinin 2 futbolçusu Latviya ilə yoxlama görüşündə iştirak etməyəcək.
Futbolinfo.az xəbər verir ki, söhbət “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov və hücumçu Rüstəm Əhmədzadədən gedir.
Hüseynov zədə səbəbindən “23-lük”dən kənarda qalıb. Əhmədzadə isə baş məşqçi Canni De Byazinin qərarı ilə matçın iştirak ərizəsinə daxil edilməyib.
Əvəzində Azərbaycan millisinin Maltaya 0:1 hesabı ilə uduzduğu ilk yoxlama görüşündə heyətdən kənarda qalmış Namik Ələskərov və Ağabala Ramazanov bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.
Bu gün Maltada keçiriləcək Azərbaycan – Latviya matçına Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…