Ölkə futbolu
“Qarabağ”ın oyununa təyinat alan hakimdə koronavirus aşkarlandı
UEFA-nın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ” – “Şerif” matçının (2:1) hakimlərini qəfil dəyişdirməsinin səbəbi məlum olub.
Futbolinfo.az “Kazfootball”a istinadən xəbər verir ki, oyunu Furkat Atajanovun rəhbərliyi ilə Qazaxıstandan olan hakimlər briqadası idarə etməli idi.
Lakin Atajanovun köməkçisi Sergey Kalaçevdə koronavirus aşkarlanıb. Buna görə də Avropanın ali futbol qurumu görüşün hakimlər briqadasını dəyişib.
Bununla da matçın idarəetməsi Nikolay Balakinin başçılığı etdiyi ukraynalı referilərə tapşırılıb. “Qarabağ” “Şerif”lə oyunda 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq