Premyer-liqa
“Qarabağ”ın oyununun məkanı dəyişdirildi
Premyer Liqanın 11-ci turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun baş tutacağı məkan dəyişdirilib.
Futbolinfo.az xəbər verir ki, “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək qadınlar arasında Millət Liqası çərçivəsində 31 oktyabrda baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib.
“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.
Matç təqvimdə olduğu kimi “Araz-Naxçıvan” – “Qarabağ” oyunu kimi keçiriləcək və 30 oktyabr saat 19:00-da başlanacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”