Ölkə futbolu
“Qarabağ”ın prezidenti kluba çox sərmayə qoyur”
Portuqaliya millisinin keçmiş futbolçusu Nunu Qomeş Türkiyənin “TRT Spor” telekanalına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, keçmiş hücumçu “Qarabağ”ın Avropa Konfrans Liqasında Belçika “Gent”i ilə oyunlarına da toxunub:
“Qarabağ”ın prezidenti kluba çox sərmayə qoyur və bu, gec-tez bəhrəsini verəcək. “Qarabağ” öz ölkəsində turnir cədvəlində birincidir və Avropa Konfrans Liqasında Belçika “Gent”i ilə üz-üzə gələcək. Bu komandaya bir neçə portuqaliyalı, braziliyalı və qanalı futbolçu qoşulub. Onlar yaxşı işləyirlər və əminəm ki, daha uğurlu olacaqlar”.
“Qarabağ” “Gent”lə ilk matçını fevralın 16-da evdə, cavab oyununu isə fevralın 23-də səfərdə keçirəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…