Dünya futbolu
“Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Belçikanın “Gent” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub Polşa millisinin futbolçusu Kamil Pyatkovskini heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb. 2021-ci ildən Polşa millisinə çağırılan ucaboy mərkəz müdafiəçisi mövsümün sonuna qədər icarə əsasında “Gent”in formasını geyinəcək. Belçika klubunun yeni “4 nömrəsi”nin “Zalsburq”la müqaviləsi 2026-cı ilə qədərdir.
Xatırladaq ki, “Qarabağ”la “Gent” komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var