Dünya futbolu
“Qarabağ”ın rəqibi səfərdən 1 xalla döndü
Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Hatayspor”la qarşılaşıb. Sivaslılar bu görüşdə heç-heçəyə razılaşıblar – 1:1.
Cari mövsümdə keçirdiyi 6 oyunda 8 xal toplamış Sivas təmsilçisi hazırda 21 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” İ qrupunda birgə qərarlaşdığı “Sivasspor”la ilk oyununu noyabrın 5-də səfərdə, cavab matçını ayın 26-da Bakıda keçirəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…