Dünya futbolu
“Qarabağ”ın rəqibindən yeni mövsümdə ilk qələbə
Futbol üzrə İsrail çempionatında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Saxnin”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Bu mövsüm ölkə çempionatında ilk qələbəsini qazanan “Makkabi” bu nəticədən sonra 6 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də baş tutacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…