Ölkə futbolu
“Qarabağ”ın “Sürix”lə oyunlarının vaxtı bəlli oldu
Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İsveçrənin “Sürix” komandası arasında keçiriləcək ilk oyunun vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Bakıda baş tutacaq ilk qarşılaşma iyulun 19-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matça saat 20:00-da start veriləcək.
İyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan çempionu ÇL-in 1-ci təsnifat mərhələsində Polşa “Lex”ini mübarizədən kənarlaşdırıb – 0:1; 5:1. “Sürix” isə mübarizəyə birbaşa 2-ci təsnifa tmərhələsindən başlayacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var