Ölkə futbolu
“Qarabağ”la bu çağırış üçün çox motivasiyalıyam”
“Çempion olmaq sabitlik qazanmaq və özümü qiymətləndirmək baxımından çox vacib idi. Artıq Avstriyada mövsümöncəsi toplanışa başlamışıq. Bütün mümkün hədəflərə kollektiv və fərdi şəkildə nail olmaq üçün çox çalışacağıq”.
Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao Braziliya mətbuatına açıqlamasında deyib.
25 yaşlı futbolçu bundan sonrakı məqsədinin Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək olduğunu bildirib: “Ümid edirəm ki, yaxşı oyunlar keçirəcəyəm və komandama Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdə kömək edə biləcəyəm. “Qarabağ”la bu çağırış üçün çox motivasiyalıyam. İlk dəfə ki, bu turnirdə çıxış edəcəyəm. Bu, çox özəldir. Hər bir oyunçu bir gün orada oynamaq arzusundadır. Məqsədimizə çatmaq üçün səylərimizi əsirgəməyəcəyik”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la qarşılaşacaq.