Ölkə futbolu
“Qarabağ”la oyunda “Frayburq”u nə qədər azarkeş dəstəkləyəcək?
Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun “Qarabağ” – “Frayburq” (Almaniya) görüşündə qonaq azarkeşlər də iştirak edəcəklər.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Frayburq”un mətbuat xidməti açıqlama yayıb.
Bundesliqa təmsilçisinin yaydığı məlumata görə, sözügedən oyun üçün Bakıya 600 almaniyalı futbolsevər səfər edəcək.
Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Frayburq” matçına saat 21:45-də start veriləcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”