Dünya futbolu
Qattuzo 3 min avro cərimələndi
İtaliyanın “Napoli” komandasının baş məşqçisi Cennaro Qattuzo cərimələnib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis, A Seriyasının 10-cu turunun “Krotone” ilə matçı (4:0) zamanı təhqiredici ifadələr işlətdiyi üçün 3 min avro məbləğində cərimələnib. Qattuzo qarşılaşmada söyüş söydüyünü etiraf edib.
“Napoli” A Seriyasında 7-ci sıradadır.
Bundan əvvəl “Yuventus”un qapıçısı Canluici Buffon A Seriyası matçında söyüş söydüyü üçün 5 min avro məbləğində cərimələnmişdi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq