Digər idman növləri
Qazaxıstanlı tennisçi ilk titulunu qazandı
Avstraliyanın Brisben şəhərində qadınlar arasında 500-lük turnir başa çatıb. Finalda Arina Sobolenka ilə Yelena Rıbakina qarşılaşıb.
Qələbəni qazaxıstanlı Rıbakina qazanıb. Dünya reytinqinin 4 nömrəsi rəqibini 6:0, 6:3 hesablı setlərlə darmadağın edib.
Görüş ərzində belaruslu Sobolenkanın səhhətində problemlər də yaranıb. Bu səbəbdən də oyun bir müddət dayandırılıb. Lakin dünya reytinqinin iki nömrəsi oyunu davam etdirməyi bacarıb.
Ümumilikdə oyun 1 saat 13 dəqiqə davam edib. Beləliklə də Rıbakina 2024-cü ildə ilk titulunu qazanıb.