Digər idman növləri
Qılıncoynadanlarımız DÇ-də əsas mərhələyə yüksələ bilmədilər
İtaliyanın Milan şəhərində qılıncoynatma üzrə dünya çempionatı keçirilir.
Futbolinfo.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub.
Qrup mərhələsini uğurla adlayan Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviç ən güclü 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olaraq mübarizəni dayandırıb.
Qadın sablyaçıların dünya reytinqində 7-ci olan Anna Başta mübarizəyə birbaşa əsas mərhələdən qoşulacaq. Anna ən güclü 32-liyə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada hindistanlı Anandha Çadalavada ilə qarşılaşacaq. Əsas mərhələnin görüşləri sabah keçiriləcək.
Kişi şpaqaçıların şəxsi yarışında ölkəmizi təmsil edən Ruslan Həsənov qrup mərhələsini adlayaraq ən güclü 64-lüyə kimi irəliləməyi bacarsa da, 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya təmsilçisi Marko Brinkmana 7:15 hesabı ilə uduzub. Barat Quliyev isə mübarizəni qrup mərhələsində dayandırıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə