Bizi izləyin

Ölkə futbolu

“Qırmızı tur”da qeyri-rəsmi VAR qərarı

blank
blank

Tez-tez üzləşdiyimiz mənzərə deyil. Bəlkə də oyunlara orta hesabla düşən qırmızı vərəqə sayına görə rekorda şahid olmuşuq. Düzdü, hansısa matçda daha çox “qırmızı”nın göstərilməsi mümkündü. Amma tur ərzində orta hesabla hər oyuna 3 meydandanqovulma həddindən artıq çoxdu.

Premyer Liqanın 3-cü dövrəsinin açılış turu yarılanıb. Dünən keçirilən oyunlarda ümumilikdə 6 qırmızı vərəqə göstərilib, bu gün “ənənə” davam etsə, rekordla bağlı statistikanı araşdırmaq lazım olacaq.

Hakimlər bu mövsüm bərbad idarəçiliklə yadda qalır. Səhvlər həddindən artıq çoxdu, hətta nəticələrin müəyyənləşməsində yanlış fitlərin rolu olur. Bununla belə, dünənki oyunlarda qeydə alınan qırmızı vərəqələrin əksəriyyətinin düzgün verildiyini qeyd etməliyik. Hakimlərin başqa yanlışları oldu, meydandan qovulanlarla bağlı qərarlar isə yerində idi.

“Səbail” “Sumqayıt”la görüşdə iki futbolçusunu itirdi. 55-ci dəqiqədə meydandan qovulan Peyman Keşavarzi iki sarı vərəqəyə qurban getdi. İlk rəsmi xəbərdarlığı yarım saat öncə almış iranlı özündən şikayətçi olmalıdı. Çünki o, sarı vərəqələri kobud müdaxilələrə ehtiyac olmayan bölgələrdə etmişdi. Yəni qapıya real təhlükənin qarşısını alarkən yox, Peyman məhz futbolçu keyfiyyəti baxımından yetərsizliyi üzündən kobudluq edərək oyunu erkən tərk etdi.

Kamran Ağayev meydandan qovulmasına görə hakimə etiraz etmədi. Çünki təcrübəli qapıçı günahının fərqindəydi – cərimə meydançası kənarında rəqib futbolçuya qarşı yerinə yetirdiyi karate fəndi səhvin sığortalanması cəhdi idi. Ağayev rəqib hücumu zamanı topa gecikdi və günahını kobudluqla yudu. Nəticədə haqlı olaraq meydandan qovuldu.

Turun ikinci matçında müzakirə ediləsi daha çox məqam var. “Qarabağ” – “Neftçi” görüşündəki qırmızı vərəqələr öz yerində, verilməyən penalti, reallaşan qol zamanı ofsayd şübhəsi və s.

FIFA referisi Elçin Məsiyev matçın əvvəlində özündə deyildi. Onun vərəqələri sağa-sola paylaması təcrübəsizliyindən irəli gəlirdi. Bir çox epizodda oyunu sakitləşdirmək üçün soyuqqanlı olmaq, matçın statusunu nəzərə alaraq təmkinlə davranmaq lazım gəlirdi. Amma baş hakim sərt üzünü göstərmək qərarına gəldi. “Neftçi”nin müdafiəçilərini, dayaq oyunçularını dalbadal sarı vərəqəylə cəzalandırmaq “qırmızı”lara zəmin yaradırdı.

Bu anlarda hakim qərəzli kimi görünürdü, sanki “Qarabağ”a rəğbət bəsləyirdi. Halbuki ağdamlılar daha texnikalı oyun sərgiləyirdi, topa daha çox sahib olurdu və onlara qarşı kobudluq gözlənilən idi. Belə məqamlarda xüsusilə meydanın mərkəzindəki bir sıra sərt müdaxilələri şifahi xəbərdarlıqla qiymətləndirmək lazım idi.

Məsiyev isə 5 dəqiqə ərzində (36, 38 və 41) “Neftçi”nin 3 əsas futbolçusunu meydandan qovulmaq üçün hazır vəziyyətə gətirdi. Onlardan Anton Krivotsyuk mövsümdə 4-cü dəfə cəzalanaraq, növbəti turda oynamaq şansını itirdisə, Voislav Stankoviçlə Mamadu Kane ikinci hissədə növbəti rəsmi xəbərdarlıq üzündən meydandan qovuldu. Ona kimi – 22-ci dəqiqədə Ömər Buludov oyundan uzaqlaşdırılmışdı. Bu isə “Neftçi”nin gələn tur yarımcan olacağı deməkdi.

Ömərin “qırmızı”sı layiqli idi, bu futbolçuya meydanın mərkəzində ayağını insan həyatına təhlükə yaradacaq həddə qaldırmamağı məşqlərdə öyrətmək lazımdı. “Qarabağ”dan Kevin Medina da yəqin, klub tərəfindən cəzalanandan sonra ağıllanar. Kolumbiyalı qısa müddət ərzində ikinci dəfədi yersiz qırmızı vərəqə alır. Onun budəfəki hərəkəti isə penaltiyə və yekunda komandasının məğlubiyyətinə səbəb oldu. Halbuki həmin epizodda top cərimə meydançasından kənarlaşmışdı, Kevin isə rəqibə kəllə atırdı. Onu buna təhrik edən Kanenin ikinci sarı vərəqəsi də yerində idi.

Yalnız Stankoviçin meydandan qovulması mübahisəlidi. Məsiyev yuxarıda qeyd etdiyimiz kimi, təcrübə sahibi olsaydı, serb müdafiəçiyə ilk “sarı”nı göstərməməliydi. Belədə “Neftçi” matçı 8 nəfərlə bitirməyəcəkdi.

“Neftçi” bu qədər vərəqə bolluğuna etiraz etmirsə, səbəb qazanılan qələbədi. “Qarabağ” hesabı bərabərləşdrsə və ya qalib gəlsəydi, indi Elçin bütün tənqidlərin hədəfində idi. Onu mühakimə edənlər də haqsız sayılmayacaqdı.

Qırmızı vərəqələrin hamısının – Stankoviçə göstərilən ilk “sarı” istisna olmaqla – haqlı olduğunu qeyd etdik. Amma hakimlərin müzakirəyə açıq qərarları da vardı.

Məsələn, “Qarabağ”ın bərabərlik qolu ilə bağlı düşüncələr fərqlidi. Belə ki, Mahir Emrelnin fərqlədiyi epizodda Maksim Medvedev ofsaydda olsa da, qol qeydə alındı. Düzdü, “Qarabağ”ın kapitanı epizoda müdaxilə etməmişdi və passiv vəziyyətdə idi. Yalnız top xətti keçdikdən sonra o, Mahirə mane olmağa çalışan Krivotsyukun ayağını tapdalamasıyla seçildi. Yenə də açıq sualdı, axı, son anda da olsa, kombinasiyanın iştirakçısına çevrildi.

Doğrusu, həmin anda qol qeydə alınmasa, hakimlər çox qınanmayacaqdı. Necə ki, indi qeydə alındığı üçün ciddi tənqid olunmurlar. Mübahisəli epizod idi və dərhal mərkəzin göstərilməməsi, baş hakimin köməkçisiylə xeyli məşvərət etməsi təsadüfi deyildi. Lakin bu qol qeydə alınırsa, o zaman bir həftə əvvəl “Səbail”in vurduğu top da ofsayd səbəbiylə ləğv edilməməliydi. “Sumqayıt”la kubokun ¼ final mərhələsinin cavab matçında Əfran İsmayılov fərqlənərkən Rauf Əliyev passiv oyundankənar vəziyyətdə idi, hakimlərsə mərkəzi göstərmədi.

Kəsəsi, ikili standartdı və epizodlar hakimlərin baxışına görə dəyərləndirilir. Ona görə də bu qol qeydə alınmasaydı, hakimlər bir o qədər tənqid edilməyəcəkdi. İncə epizod idi və qaydalardakı boşluqların fəsadıdı.

Matç ərzində “Qarabağ”ın əleyhinə də qərar verildi. “Neftçi”yə qarşı bu qədər epizodla müqayisədə bəlkə də daha kritik səhv idi və oyunun qalibinin müəyyənləşməsində böyük rol oynayacaqdı. 63-cü dəqiqədə, hesab 1:1 olarkən Abdulla Zubirə qarşı cərimə meydançasında kobudluq zamanı hakimin fiti susdu. Halbuki həm oyunçuya əllə təmas var idi, həm də o, iki müdafiəçi tərəfindən qısqaca alınmışdı. Həmin anda penalti verilsə, “Qarabağ” çempionluq yolunda böyük addım atmış olacaqdı.

Göründüyü kimi, hakimlərlə bağlı səhvlər çoxdu, lakin qırmızı vərəqələrlə bağlı seçimlər böyük ölçüdə doğrudu. Bununla belə, bacarıqlı hakimlər idarəçiliyi o qədər dəqiq edə bilərdi ki, oyun bu qədər sərtləşməsin, meydandan qovulmalar maksimum həddə çatmasın.

Hakimlərin bacarıqsızlığının nəticəsidi ki, onlar bəzi qərarları kənar təsirlərdən sonra verdi, məsləhətə, göstərişə ehtiyac duydu. Mərkəzi oyunda iki epizodda, xüsusilə “Qarabağ”ın bərabərlik qolu vaxtı yekun sözü Məsiyev demədi. Mərkəzə qaçmayan, köməkçisindən də belə işarə almayan referi yalnız qulaqcığına verilən əmrdən sonra qolu hesaba aldı. Oyunu tribuadan izləyən, canlı yayımda epizodun təkrarına dəfələrlə baxan Hakimlər Komitəsinin rəsmilərinin göstərişindən sonra belə qənaətə gəlindi.

Premyer Liqada VAR sistemi tətbiq olunmyıb, hələ planlaşdırılır, lakin AFFA “kustar üsul”la bu işə start verib. Qərarı isə videoköməkçi hakimlər yox, komitə rəsmiləri verir.

CAVAD

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Dünya futbolu2024-04-22 12:49

“Borussiya” Sançonu saxlamaq istəyir

blank
Digər idman növləri2024-04-22 12:38

Bu gün Azərbaycan çempionatının qalibi bəlli olacaq

blank
Ölkə futbolu2024-04-22 12:23

II Liqada 22-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-22 12:07

“Qəbələ”nin legioneri: “Geridönüş edə bilərik”

blank
Digər idman növləri2024-04-22 11:52

MBA-da ilk oyunlar geridə qaldı

blank
Dünya futbolu2024-04-22 11:37

Xavi antirekordla tarixə düşdü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm