Ölkə futbolu
“Qol vurmaqla iş bitmir” – Bəxtiyar Həsənalızadə
“Hər kəs bilir ki, “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Mən deyərdim ki, onlar bizi oyun keyfiyyəti baxımından üstələdilər”. Bu sözləri “Futbolinfo”ya açıqlamasında “Sabah”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.
O, Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları matçdan sonra danışıb. Müdafiəçi vurduğu qoldan da söz açıb:
“Qol vurmağım sevindirici idi. Amma tək qol vurmaqla iş bitmir. Daha çox çalışmalıyıq ki, artıraq. Qeyd etdiyim kimi, rəqib güclü idi. Həm də həmin gün bizim günümüz deyildi”.
Həsənalızadə qarşıdakı və ilk dövrənin sonra turunda “Səbail”ə qarşı keçirəcəkləri matç haqqında bunları bildirib: “Səbail” yaxşı komandadır və çətin olacaq. Qalib gəlməyəcə çalışacağıq. Qələbə ilə mövsümün ilk yarısını və ili müsbət ab-havada bitirmək istəyirik”.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi