Milli komanda
“Qrupun mütləq favoritiyik” – Marek Hamşik
Futbol üzrə Slovakiya yığmasının kapitanı Marek Hamşik UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda C Liqasında Belarus, Azərbaycan, eləcə də Qazaxıstan-Moldova cütünün qalibi ilə birgə 3-cü qrupda mübarizə aparacaq.
Hazırda Türkiyənin “Trabzonspor” klubunda çıxış edən 34 yaşlı futbolçu Belarus və Azərbaycan yığmalarını yaxşı tanıdıqlarını bildirib:
“Qrupdakı rəqiblərlə daha əvvəl qarşılaşmışıq. Deyə bilərik ki, onların hamısı keçmiş SSRİ ölkələridir. Bu 3 kollektiv bir-birinin oyununa bələddir. Qrupda tanımadığımız yeni rəqib yer alacaq. Bu ya Qazaxıstan, ya da Moldova millisi olacaq. Münasib qrupa düşdüyümüzü düşünürəm. Biz mütləq favoritik və 1-ci yer uğrunda mübarizə aparacağıq”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı