Ölkə futbolu
Qurban Qurbanov da prezidentin çağırışına qoşuldu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da koronavirusla mübarizəyə biganə qalmayıb. O, klubdakı şəxsi qazancından 20 min manat ayıraraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Futbolinfo.az koronavirusinfo.az-a istinadən xəbər verir ki, Qurbanov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin koronavirus pandemiyası əleyhinə mübarizə çağırışına bu addımıyla qoşulub. “Azərsun Holdinq” Şirkətlər Qrupu və komanda futbolçuları kimi o da nəcib addımıyla seçilib.
Xatırladaq ki, “Azərsun Holdinq” fonda 2 milyon, öz təşəbbüsləri ilə vəsait toplayan futbolçular isə 50 min manat məbləğində dəstək vermişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı