Ölkə futbolu
Qurban Qurbanov “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşuldu
Əməkdar məşqçi, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub.
Futbolinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis etdiyi videomüraciətdə hər kəsi, xüsusilə də idmançıları bu kampaniyaya qoşulmağa çağırıb.
Q.Qurbanov bildirib ki, qida rasionuna fikir verilməli, gündəlik qidalanmada şəkər istehlakı azaldılmalı və sağlam həyat tərzinə üstünlük verilməlidir.
AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var