Ölkə futbolu
Qurbanlı oynadı, “Yurqorden” qalib gəldi
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində səfərdə “Myalbü” ilə qarşılaşıb.
Görüş “Yurqorden”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Musa görüşün 72-ci dəqiqəsində – komandası hesabda irəli olduğu zaman Joel Asoronun əvəzinə meydana daxil olub. Oyunda yeganə qolu da Asoro vurub.
“Yurqorden” bu nəticədən sonra turnir cədvəlində 33 xalla 4-cü pillədə qərarlaşıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar