Dünya futbolu
Qurbanovlu “Slaviya” BATE-ni məğlub yola saldı
Futbol üzrə Belarus çempionatında 26-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda BATE ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Ruslan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
“Slaviya” hazırda 24 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”