Ölkə futbolu
Qurbanovun gözlənilməz qapıçı seçimi
“Qarabağ”ın “Gent”lə matçın start heyətində Luka Quqeşaşviliyə şans verməsi bir çoxları üçün sürpriz oldu. Baş məşqçi Qurban Qurbanov Premyer Liqa matçlarında Amin Ramazanova güvəndiyindən, bu gün də gürcünü ehtiyatda oturdacağı gözlənilirdi.
Əslində, Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra məhz Lukanın forma şansı əldə etməsi daha inandırıcı idi. Lakin gürcü qapıçı 19-cu turun “Turan Tovuz”la səfər qarşılaşmasında buraxdığı səhv üzündən Qurban Qurbanovun qəzəbinə tuş gəlib. Baş məşqçi legionerin diqqətsizliyini bağışlamayaraq, növbəti 3 görüşdə Amini start heyətinə saldı.
Xüsusilə “Sabah”la son turun matçında Ramazanovun meydana buraxılması onu “Gent”lə oyuna hazırlamaq məqsədi daşıyırdı. Lakin gənc olkiper də bu matçda səhvlə yadda qaldı. Belədə Qurbanov tam etibar edə bilmədiyi iki qapıçıdan birini seçməliydi. Yekunda Lukanın təcrübəsi nəzərə alındı. Baş məşqçi Aminin psixoloji cəhətdən belə məsul görüşə hazır olmadığını gördüyündən, Quqeşaşviliyə şans verib.
İstənilən halda, uğursuz nəticə olarsa, Qurbanov tənqid olunacaqdı. Qapıda Amin dursaydı, daha təcrübəli gürcü qala-qala gənc qolkiperə güvənməsinə görə məşqçi hədəfə alınacaqdı. İndi isə çempionatda oynayan Ramazanovun əvəzinə oyun təcrübəsi az olan Quqeşaşvilinin oynadılması müzakirə obyekti olacaq.
Ümid edirik, uğurlu nəticə qeydə alınacaq və qapıçı heç yada düşməyəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…