Dünya futbolu
Qvardiol razılaşdı, “Leypsiq” yox
“Mançester Siti” Yoşko Qvardiolla şəxsi müqavilənin detallarını razılaşdırıb. İngiltərə klubu Xorvatiya millisinin üzvünü elə bu yay heyətinə qatmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, qışda “Real”, “Çelsi” və digər aparıcı klubların transfer edə bilmədiyi müdafiəçi indi qərarını verib. O, Almaniyadan getmək arzusundadır. Qvardiolun əsas arzusu məhz İngiltərə Premyer Liqasında oynamaqdır.
Yoşko şəxsi müqaviləsinin şərtlərini razılaşdırsa da, son qərarı “Leypsiq” verəcək. Bundesliqa klubu 2027-ci ilədək müqaviləsi olan oyunçunun satışından böyük məbləğ qazanmaq istəyir. Qvardiolun bazar dəyəri 70-75 milyon avro civarında olsa da, almanlar “şəhərlilər”dən 100 milyon avro istəyir. Mançesterlilər klubla razılığa gəlmək üçün çalışır.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir