Milli komanda
Rəqibimiz… rəqib tapdı
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığması yoldaşlıq görüşü üçün özünə rəqib tapıb.
Futbolinfo.az saytı xəbər verir ki, “şeytanlar” noyabrda qarşılaşacağı komandanı müəyyənləşdirib.
Domeniko Tedeskonun yetirmələrinin noyabrda seçmə mərhələ çərçivəsində bir oyunu olacaq ki, o da Azərbaycan millisinə qarşıdır. Belçikalılar FIFA-nın təqviminə daha bir matç əlavə ediblər. Adıçəkilən komanda noyabrın 15-də Brüsseldə Serbiyanı yoldaşlıq görüşündə qəbul edəcək. Bundan cəmi üç gün sonra isə tsiklə eyni məkanda yığmamıza qarşı keçiriləcək qarşılaşma ilə yekun vurulacaq.
Qeyd edək ki, Belçika yığması F qrupunda hələlik bir oyun keçirib və İsveç üzərində səfər qələbəsi (3:0) qazanıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”