Dünya futbolu
Rəqibini dişləyən futbolçuya 4 oyunluq cəza
İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Patrik Qabarron 4 oyunluq cəzalandırılıb.
Futbolinfo.az xəbər verir ki, buna onun A Seriyasının 31-ci turu çərçivəsində “Leççe”yə qarşı keçirdikləri səfər oyunu zamanı rəqib futbolçu Julio Donatini dişləməsi səbəb olub.
“Barselona”nın yetirməsi olan, “Latsio”da 2015-ci ildən çıxış edən ispaniyalı futbolçu 1:2 hesabıyla uduzduqları bu qarşılaşmanın 90-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.
Artıq İtaliya Futbol Federasiyası 27 yaşlı yarımmüdafiəçini bu hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edib. Qabarron həm də 10 min avro cərimə ödəyəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO