Bizi izləyin

Ölkə futbolu

Rəqibləri zəiflədərək güclənən “Qarabağ”

blank
blank

Son illər Almaniya futbolunda qəribə tendensiya yaranıb. Çempionatda dominantlıq edən “Bayern” bununla kifayətlənməyərək konkret rəqiblərinin də ən güclü oyunçularını heyətinə qataraq onları zəiflətməklə diqqət çəkir. Təkcə oyunçular yox, bu, həm də məşqçilərə aiddir.

Bir vaxtlar münhenlilər Dortmund “Borussiya”sının başına belə oyun açırdı. Ottmar Hittsfeldti oğurlamaqdan tutmuş, onların oyunçularını da rənglərinə bağlayırdı. Eyni müqəddəratla “Bayer” də üzləşib. “Yumurtadan çıxan” digər komandaların parlaq ulduzları da öz yerində…

Tam olmasa da, Azərbaycan futbolunda da oxşar vəziyyət yaranıb. 2014-cü ildən çempionatımızda hakimiyyəti ələ alan “Qarabağ” qızıl medallar uğrunda mübarizədə rəqiblərinə heç bir şans vermir. Üstəlik, Ağdam təmsilçisi yolüstü əsas rəqiblərinin oyunçularını da “kisəsinə doldurur”.

“Qarabağ”ın “Bayern”dən fərqi bircə ondadır ki, “köhlən atlar”a rəqib komandanın partlayış törədən məşqçiləri lazım deyil. Qurban Qurbanov həqiqətən də futbolumuzun əlçatmaz zirvəsində özünə yer edib. Amma yaxşı yerli oyunçular “Qarabağ”ın işinə əngəl olmur, əksinə, bu komandanın gücünə güc qatır. Məsələ ondadır ki, 1-2 futbolçunu istisna etsək, Ağdam klubu öz akademiyasından istedadlı oyunçu çıxara bilmir. Ona görə də başqa komandaların oyunçularından bəhrələnməli olur.

Ümumiyyətlə, Azərbaycan Premyer Liqasını son mövsümlərdəki Almaniya Bundesliqası ilə müqayisə etsək, “Sabah”ı Dortmund “Borussiya”sına bənzətmək olar. İstər yerli, istərsə də əcnəbi futbolçuları inkişaf etdirib başqa komandalara göndərmək məsələsində Masazır təmsilçisi çox artırıb. Üstəlik, “Sabah” bu oyunçuların satışından pul da qazana bilir. Məsələn, bu komanda Bəhlul Mustafazadənin BƏƏ-nin “Əl-Əyn” klubuna satışından 500 min avro qazanmışdı. Daha sonra Coy-Lens Mikkelsə görə Səudiyyə Ərəbistanının “Əl-Faysali” klubundan 300 min avro qoparmışdılar.  Deyilənə görə, “Zirə” də Ceyhun Nuriyevə görə “Sabah”a 100 min manat ödəyib. İndi də Aleksey İsayevi “Qarabağ”a 500 min dollara satıblar.

“Sabah”dan “Qarabağ”a keçənlərdən söz düşmüşkən, Ağdam təmsilçisinin İsayevi seçməsi heç də əsassız deyil. Məsələ ondadır ki, Qurban Qurbanovun komandası buna qədər “bayquşlar”dan aldıqlarının bəhrəsini görə bilib. Bəli, bu günə qədər Ağdam klubu vaxtilə “Sabah”da oynayan yalnız iki oyunçunu sıralarına qatmışdı. Söhbət Bəhlul Mustafazadə və Ramil Şeydayevdən gedir. Doğrudur, Bəhlul birbaşa “Sabah”dan “Qarabağ”a keçməyib. Yuxarıda da qeyd etdiyimiz kimi, 2021-ci ildə “Əl-Əyn” Bəhlulu heyətinə qatsa da, onda komandanın baş məşqçisi Sergey Rebrov həmyerlimizi sərəncamında görmək istəməmişdi. Nəticədə havada qalan Mustafazadən “Qarabağ” dərhal “göydən götürə bilmişdi”.

Eyni ildə “köhlən atlar” Ramil Şeydayevi də “Sabah”dan qaçırmağı bacardı. Nəticə də göz qabağındadır. İstər Premyer Liqa matçlarında, istərsə də avrokuboklarda bu iki oyunçu “Qarabağ”a necə lazımdır kömək etməyi bacardı. Doğrudur, statistika futbolda önəmli olsa da, heç də həqiqəti tam olduğu kimi əks etdirmir. Amma bu mənada Ramillə Bəhlulun statistikası pis deyil.  Şeydayev “Qarabağ”da keçirdiyi 116 oyunda 37 qol və 12 məhsuldar ötürmə ilə yadda qalmışdı. Doğrudur, Ramil 2017/18 mövsümündə “Trabzonspor”un futbolçusu kimi icarə əsasında “Qarabağ”da oynamışdı. Amma o vaxt indiki kimi püxtələşməmişdi.

Bəhlula gəlincə, millimizin müdafiəçisi 10 qat ölkə çempionunun heyətində keçirdiyi 80 oyunda etibarlılığı ilə diqqət çəkib. Mustafazadə Rəşad Sadıqovdan sonra bu komandanın yerli oyunçuları arasında ən yaxşı müdafiəçiyə çevrilib desək, yanılmarıq. Doğrudur, oyun tərzi Rəşaddan fərqlənir. Sadıqov kimi çox qol da vura bilmir. Amma belə komponentlərə malik müdafiəçinin 4 qol vurması heç də pis göstərici deyil. Bu qollar arasında onun üçün ən əlamətdarı “Molde” ilə səfər matçında oldu. Özü də tək onun üçün yox, həm də “Qarabağ” üçün. Komandamız Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Molde” ilə qarşılaşarkən, Bəhlul matçın final fiti ərəfəsində fərqlənərək tarixi uğurun bünövrəsini qoydu. Məhz həmin qol “Qarabağ”a həyat verdi və məğlubiyyətdən qaçan komandamız ikinci pillədəki mövqeyini qorudu.

Doğrusu, İsayevin də Şeydayevlə Mustafazadə qədər “Qarabağ”a fayda verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir. Ümumiyyətlə, kim olur-olsun, transfer proqnozu sevmir. Bunun zədəsi, uyğunlaşma problemi, hətta münaqişəsi var. Ona görə də İsayevin “Qarabağ”da nə ilə yadda qalacağını söyləmək çətindir. Amma perspektivli transferdir. Hər halda, Alekseyin ilk 6 ayda ilk “11-liy”in əsas üzvünə çevriləcəyini söyləmək çətindir. Xüsusən də onu “Braqa” ilə hər iki oyunun start heyətində görməyəcəyik. Amma “Qarabağ” Avropada yoluna bir xeyli davam etsə, Qurbanov rotasiyaya əl atıb ona çempionat matçlarında şans verə bilər.

İsayev kimin yerinə alınıb? Bu mənada onu Yassin Benziyanın əvəzləyicisi gözü ilə görmək olar. Nəzərə alaq ki, əlcəzairli zədəyə meyilli oyuçudur. Belə vəziyyətlərdə Aleksey onun yerində meydana çıxa bilər. Həmçinin millimizin yarımmüdafiəçisi qeyri-sabit oyunu ilə yadda qalan Leandro Andrade ilə də rəqabət aparacaq gücdədir. Ancaq onun daha arxada oynayan yarımmüdafiəçilər Marko Yankoviç və ya Julio Romao ilə rəqabət aparacağını söyləmək doğru deyil. Xüsusən də son vaxtlar belə bir fikir formalaşıb ki, Romaonun “Ferentsvaroş”a keçə biləcəyini nəzərə alan “Qarabağ” İsayevi onun yerinə alıb. Onun bu mövqeyə heç bir aidiyyatı yoxdur.

İndiki məqamda Ağdam klubuna limit məsələsinə görə Azərbaycan çempionatında yaxşı oyunçu lazımdır. Musa Qurbanlı, Ramil Şeydayev, milliləşən Filip Ozobiç və Qara Qarayevin gedişindən sonra belə bir boşluq yarandı. Artıq vəziyyəti balanslaşdırmaq lazımdır. Bu mənada “Sabah”ın aparıcı oyunçusunu transfer etmək düşünülmüş addım oldu.

“Sabah” yaxşı pul qazansa da, İsayevin yoxluğu komandanın oyunun ciddi təsir edəcək. Coy-Lens Mikels və Aleksey Kaşukun gedişindən sonra komanda ciddi şəkildə geriləmişdi, daha bir aparıcı futbolçunun yoxluğu “bayquşlar”a zərbə olacaq. Milliləşən oyunçunun yerli statusunda çıxış etdiyini nəzərə alsaq, Murad Musayevin qayğısı bir qədər də artacaq.

Yeri gəlmişkən…

Bəs, bu günə qədər “Qarabağ”da oynayıb sonradan “Sabah”a üz tutanlar kimlər olub? 2018/19 mövsümündən bəri indi “İrəvan”da oynayan Elşən Abdullayev, hazırda “Turan Tovuz”da çıxış edən Eltun Turabov, indi “Ümraniyəspor”un uğurları üçün çalışan Coşqun Diniyev, bu günlərdə “Sabah”la müqaviləni yeniləyən Nicat Mehbalıyev və heç cür özünü sübut edə bilməyən Namik Ələskərov bu addımı atıb. Gördüyünüz kimi, “bayquşlar” onlardan heç bir xeyir götürməyib. Hərçənd, Nicatın karyerası hələ qabaqdadır, bir də Namkin özünə gəlmək ehtimalı var.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-20 19:09

“Zirə” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm