Ölkə futbolu
Rəsmi qərar verildi: indi “Neman” seçimini etməlidir
Belarus klublarının Azərbaycanda oynayacağı rəsmiləşdi. AFFA bununla bağlı aidiyyatı qurumlarla məsləhətləşmələrdən sonra razılaşdırılmış cavabı müraciət edən klublara çatdırıb.
Futbolinfo.az xəbər verir ki, UEFA Belarus klublarının avrokubok matçlarını evdə keçirməsinə qadağa qoyub. Bu üzdən bu ölkənin 4 klubu rəqiblərini qəbul etmək üçün müxtəlif ölkələrə müraciət edir. Artıq xəbər verdiyimiz kimi, bu il Minsk “Dinamo”su və “Neman” Azərbaycanda oynamağa qərar verib.
“Dinamo” “Jelezniçar”la Konfrans Liqası I təsnifat mərhələsinin cavab matçını “Azərsun Arena”da keçirəcək. Bu komandalar “Neftçi”nin II mərhələdəki potensial rəqibi olduğundan, minsklilər indidən ehtiyatını görüb. Belə ki, “Dinamo” mərhələni keçərsə, hər iki oyunu Bakıda reallaşdıracaq. “Neftçi” onların müraciətinə artıq müsbət cavab verib. AFFA-nın rəsmi icazəsindən sonra “Azərsun Arena”da və “Bakcell Arena”da “Dinamo”nun azı iki oyununun baş tutacağını deyə bilərik.
“Neman”a gəlincə, qrodnolular hələ hansı stadionda oynamaq istədiklərini dəqiqləşdirməyiblər. Klub rəhbərliyi AFFA-nın rəsmi cavabından sonra dəqiq qərarını verəcək. Yaxın iki gün ərzində onlar da oynayacaqları stadionu seçməlidir.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi