Dünya futbolu
Rabyo uğrunda mübarizə
“Bayern” Adrian Rabyonun transferindən vaz keçmir. Uzun müddətdir Fransa yığmasının üzvünü heyətinə qatmaq istəyən münhenlilər yayda növbəti cəhdini edəcək.
Futbolinfo.az xəbər verir ki, almanlar futbolçunu razı salmaq üçün onun menecerliyini edən anası ilə danışıqlar aparır. Amma “Yuventus” da boş dayanmır. Turinlilər yayda müqavilə müddəti başa çatacaq oyunçu ilə yeni anlaşma əldə etmək niyyətindədir. Rabyonun maaşının artırılması nəzərdə tutulub.
2019-cu ildə PSJ-dən azad agent kimi gələn 28 yaşlı oyunçu qərarını verməyib. Adrian yayda seçimini edəcək. Onun İngiltərədən də ciddi təklifləri var.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir