Digər idman növləri
Rafael Ağayevdən üçüncü qələbə
Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti döyüşünü keçirib.
Futbolinfo.az xəbər verir ki, peşəkarlar arasında “Karate Combat”da mübarizə aparan idmançımız 4-cü mövsümün 4-cü döyüş gecəsində qüvvəsini sınayıb.
75 kq çəki dərəcəsində çıxış edən Ağayevin 3-cü sınağı ABŞ-ın Orlando şəhərində baş tutub. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı fransalı Davi Dona ilə görüşüb. Hakimlərin qərarı ilə qalib gələn Rafael 3-cü qələbəsini qazanıb.
Xatırladaq ki, karateçimiz “Karate Combat”da Dominikan təmsilçisi Dionisio Qustavo və Macarıstan idmançısı Jolt Habdaya qalib gəlib
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”