Dünya futbolu
Ramos rəsmən vida etdi
İspaniya millisinin üzvü Serxio Ramos beynəlxalq karyerasını başa vurdu. Təcrübəli mərkəz müdafiəçisi milli komanda ilə vidalaşdığını rəsmən açıqladı.
Son Dünya Çempionatından kənar qalan futbolçu zatən uzun müddət idi yığmaya çağırılmırdı. O, bu qərarı verməklə bir daha dəvət gözləməyəcəyini göstərdi.
Bundan sonra diqqətini daha çox PSJ-yə yönəldəcək Ramos, İspaniya millisində 180 matç keçirərək 23 qola imza atmağı bacarıb. İki dəfə Avropa, bir dəfə dünya çempionu olan müdafiəçi millidə 18 il oynadı. 36 yaşlı futbolçunun yayda Fransa klubu ilə də müqaviləsi sona çatır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”