Dünya futbolu
Ranqnikdən Sançoya dəstək
Ralf Ranqnik Erik ten Haqın bostanına daş atıb. O, “Sky Germany”ya müsahibəsində “Mançester Yunayted”dəki xələfini günahlandırıb.
Futbolinfo.az xəbər verir ki, hazırda Avstriya millisinə rəhbərlik edən təcrübəli mütəxəssis ad çəkməyib, lakin dediklərinin niderlandlı mütəxəssisi hədəfə gətirdiyi aydındır: “Jeydon Sanço “Manşester Yunayted”ə rəhbərlik etdiyim 6 ay ərzində bir dəfə də olsun intizamsızlıq etmədi. Çox sakit və xoş insandır”.
Ranqnik Sançonun Dortmund “Borussiya”sına dönüşünü şərh edərkən belə deyib. O, ten Haqla problemlər üzündən İngiltərə klubunu tərk etməyə məcbur olan futbolçunun Almaniya təmsilçisinə faydalı olacağını bildirib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı