Dünya futbolu
Rays üçün rəqabət
Ötən mövsüm Premyer Liqada çempionluq üçün amansız mübarizəyə girən “Mançester Siti” ilə “Arsenal” transfer bazarında da rəqibdir. Onlar eyni futbolçunu heyətə qatmaq üçün çalışırlar.
Futbolinfo.az xəbər verir ki, aylardır Deklan Raysı transfer etmək üçün çalışan “Arsenal” istəyinə çata bilmir. Londonluların 70 milyon avroluq təklifi “Vest Hem”i qane etmir. “Topçular” yeni bir təklif hazırladığı zaman bəlli olub ki, “şəhərlilər” də bu futbolçunu istəyir və tezliklə rəsmi müraciət edəcək. Son çempionun oyunçuya şəxsi müqavilə təklifi də daha yaxşıdır.
Belə rəqabət “Vest Hem”in işinə yarayır. Müştəri sayı çox olanda qiyməti artırmaq da rahatdır. Yarımmüdafiəçi özü isə “Arsenal”da oynamaq istəyir. Lakin mançesterlilərin təklifi onu fikrindən daşındıra bilər.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi